ArazNews
Ana Səhifə / İran / Hörmüz boğazında üçüncü neft tankerində yanğın baş verib
İran

Hörmüz boğazında üçüncü neft tankerində yanğın baş verib

Hörmüz boğazında üçüncü neft tankerində yanğın baş verib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, bazar günü, oktyabrın 11-də (19 mehr) bir supertanker Hörmüz boğazının cənub marşrutundan keçərkən dəniz minasına toxunub, gəminin mühərrik bölməsində partlayış və yanğın baş verib.

İSNA-nın məlumatına görə, bu, son iki gündə İslam Respublikasının mediasının «icazəsiz» adlandırdığı marşrutda qəzaya uğrayan üçüncü neft tankeridir.

İSNA həmçinin xəbər verib ki, Tehran Hörmüz boğazı ərazisində identifikasiya və naviqasiya sistemlərini söndürən gəmiləri «düşmən» hesab edir və onlara qarşı tədbir görəcəyi ilə hədələyib.

Eyni zamanda Möhsün Rzai bəyan edib ki, ABŞ-ın Tehranın Hörmüz boğazının yenidən açılması ilə bağlı şərtlərinə cavabı «kifayət deyil». Vaşinqton daha əvvəl Qətərli vasitəçilər vasitəsilə İslam Respublikasının yeddi günlük təklifinə cavab vermişdi.