İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Dəniz Qüvvələri xam neft daşıyan bir supertankerin Hörmüz boğazında dəniz minasına toxunduğunu və tankerdə güclü partlayış baş verdiyini açıqlayıb. İİKK-nin sözlərinə görə, tanker hazırda böyük yanğın içində yanır və alovları sahildən də görünür.
İİKK bu tankeri «qanun pozan» adlandırıb. İİKK-nin iddiasına görə, tankerin naviqasiya və yer təyinetmə sistemləri söndürülmüşdü və o, boğazdan «icazəsiz» marşrutla çıxmaq istəyirdi. İİKK bildirir ki, tanker əvvəlcədən «yüksək riskli» elan etdiyi marşrutda minaya toxunub.
Bu partlayışdan sonra İİKK-nin Hərbi Dəniz Qüvvələri digər tankerləri hədələyib. Bu qüvvənin sözlərinə görə, «Hörmüz boğazının təhlükəsizliyini və qaydalarını» nəzərə almayan hər bir tankerin aqibəti «dəhşətli yanğın» olacaq.