ArazNews
Ana Səhifə / İran / SEPAH gəmiləri Hörmüz boğazından kənarda da təqib edəcəyi ilə hədələyib
İran

SEPAH gəmiləri Hörmüz boğazından kənarda da təqib edəcəyi ilə hədələyib

SEPAH gəmiləri Hörmüz boğazından kənarda da təqib edəcəyi ilə hədələyib

İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bəyan edib ki, İslam Respublikasının təsdiqlədiyi marşrutlardan keçməyən gəmilərə qarşı tədbirlər artıq Hörmüz boğazı ilə məhdudlaşmayacaq və bu gəmilər bütün region boyu təqib ediləcək.

SEPAH yaydığı bəyanatda iddia edib ki, «icazəsiz keçid»dən keçən istənilən gəmi təqib olunacaq və «cəzalandırılacaq». Məlumatlara görə, bəzi neft tankerləri Tehranın məhdudiyyətlərindən yan keçmək üçün son həftələrdə yaradılmış alternativ marşrutdan istifadə edir.

İslam Respublikası Hörmüz boğazındakı məhdudiyyətlərin davam etdirilməsini ABŞ-ın dəniz blokadası ilə əlaqələndirir. Vaşinqton isə bu su yolunun açıq olduğunu və tankerlərin hərəkətinin davam etdiyini bildirir.