ILNA-nın məlumatına görə, Tehran Ərzaq Məhsulları Topdan Satıcıları İttifaqının sədri Rza Kəngəri bildirib ki, son bir ayda Pakistan və Hindistan düyüsünün qiyməti təxminən 10-15 faiz artıb və bu bahalaşmanın əsas səbəbi valyuta məzənnəsindəki dalğalanmalar olub.
O əlavə edib ki, son aylarda valyuta məzənnəsi təxminən 180 min tüməndən 270 min tümənə çatıb, lakin əvvəlki ehtiyatların mövcudluğu, geniş həcmli idxal və bazardakı durğunluq səbəbindən ərzaq məhsullarının qiymət artımı hələ ki, valyuta sıçrayışına mütənasib olmayıb.
Kəngəri xəbərdarlıq edib ki, yeni idxal 270 min tümənlik məzənnə ilə həyata keçirilərsə, düyü, paxlalı bitkilər və digər əsas malların qiyməti daha çox arta bilər.
Onun sözlərinə görə, hazırda bazarda mal qıtlığı yoxdur; əsas problem əhalinin alıcılıq qabiliyyətinin azalması və tələbatın düşməsidir. Bu isə xeyli həcmdə malın bazarda qalmasına və durğunluğun dərinləşməsinə səbəb olub.