ArazNews
Ana Səhifə / İran / 50 tanker ABŞ-ın dəniz blokadasında qalıb: İslam Respublikası sentyabrda heç bir xam neft yükləməyib
İran

50 tanker ABŞ-ın dəniz blokadasında qalıb: İslam Respublikası sentyabrda heç bir xam neft yükləməyib

50 tanker ABŞ-ın dəniz blokadasında qalıb: İslam Respublikası sentyabrda heç bir xam neft yükləməyib

Bloomberg-in məlumatına görə, gəmilərin izlənməsi ilə bağlı məlumatlar İslam Respublikasının sentyabr ayında tankerlərə heç bir xam neft yükləmədiyini göstərir. Müharibənin başladığı ötən esfənd ayından (fevral–mart) bəri bu, heç bir xam neftin yüklənmədiyi ilk aydır.

«Nüvə İranına qarşı birlik» qrupu bildirib ki, ABŞ-ın dəniz blokadası İran neftini daşıyan ən azı 50 tankeri ölkə sahillərinin yaxınlığında dayandırıb. Ən azı 11 dolu tanker neft ixracının əsas terminalı olan Xark adasının şərqində lövbər salıb. İran bayrağı altında üzən 20 boş tanker isə ölkə limanlarına qayıtmaq əvəzinə Şri-Lanka yaxınlığında qalıb.

ABŞ-ın maliyyə naziri Skott Bessent Axios nəşrinə deyib ki, İslam Respublikasının bu həftə «tarixdə ilk dəfə» suda heç bir nefti olmayacaq.