ArazNews
Ana Səhifə / İran / ABŞ maliyyə naziri: İslam Respublikasına iqtisadi təzyiq Tehran davranışını dəyişənədək davam edəcək
İran

ABŞ maliyyə naziri: İslam Respublikasına iqtisadi təzyiq Tehran davranışını dəyişənədək davam edəcək

ABŞ maliyyə naziri: İslam Respublikasına iqtisadi təzyiq Tehran davranışını dəyişənədək davam edəcək

ABŞ-ın maliyyə naziri Skott Bessent İslam Respublikasına qarşı «iqtisadi təcrid» kampaniyasının davam edəcəyini açıqlayıb və bildirib ki, Tehran davranışını dəyişməyənədək Vaşinqton maliyyə və iqtisadi təzyiqləri dayandırmayacaq.

Bessent çərşənbə axşamı X sosial şəbəkəsində yazıb ki, bu siyasət artıq nəticə verir. O, rialın çöküşünə, ötən ay İranın xam neftinin yüklənməsinin dayanmasına və İslam Respublikası rəsmilərinin iqtisadi vəziyyətin ağırlaşması barədə xəbərdarlıqlarına diqqət çəkib.

O, həmçinin İslam Respublikasını xalqa təzyiqin artdığı bir vaxtda öz resurslarını silahlı qruplaşmalara və nüvə proqramına dəstəyə xərcləməkdə ittiham edib.

ABŞ-ın maliyyə naziri vurğulayıb ki, Tramp administrasiyası İslam Respublikasının terrorizmi maliyyələşdirməyə və nüvə silahı hazırlamağa davam etməsinə imkan verməyəcək və iqtisadi təzyiq bu gediş dəyişənədək davam edəcək.