ArazNews
Ana Səhifə / İran / Məktəbi tərk etmək artıq istisna deyil: yoxsulluq və təhsilin bahalığı fəhlə sinfinin uşaqlarını məktəbdən çıxarır
İran

Məktəbi tərk etmək artıq istisna deyil: yoxsulluq və təhsilin bahalığı fəhlə sinfinin uşaqlarını məktəbdən çıxarır

Məktəbi tərk etmək artıq istisna deyil: yoxsulluq və təhsilin bahalığı fəhlə sinfinin uşaqlarını məktəbdən çıxarır

Təhsil xərclərinin kəskin artması, ailələrin alıcılıq qabiliyyətinin azalması və ödənişli təhsilin genişlənməsi İranda aztəminatlı ailələrin daha çox uşağını təhsil prosesindən kənarda qoyub.

İLNA agentliyinin xəbərinə görə, rəsmi məlumatlar göstərir ki, orta təhsilin ikinci pilləsində təhsildən kənarda qalma göstəricisi təxminən 17 faizə çatıb, təkcə 6-11 yaş qrupunda isə 141 mindən çox uşaq təhsildən kənarda qalıb.

Hesabata əsasən, ilkin dəftərxana ləvazimatı səbətinin qiyməti bir il ərzində orta hesabla təxminən 76 faiz artıb. Eyni zamanda məktəbli forması, çanta, köməkçi dərs vəsaitləri və məktəblərin məcburi ianələri də fəhlə ailələrinin üzərinə əlavə yük qoyur.

Bununla yanaşı, Behzisti (Sosial Rifah) Təşkilatının 12 min işləyən və küçə uşağı arasında apardığı araşdırma göstərib ki, onların 35 faizdən çoxu təhsildən kənarda qalıb. Uşaqların əmək bazarına cəlb olunmasının ən mühüm səbəbi isə ailənin yoxsulluğu olub.

Təhsil ekspertləri xəbərdarlıq edirlər ki, ümumi təhsilin payının azalmaqda davam etməsi, ödənişli məktəblərin çoxalması və təhsilin gizli xərclərinin artması aztəminatlı təbəqələrin uşaqlarının keyfiyyətli təhsil almaq imkanını daha da məhdudlaşdırır və İranın təhsil sistemində sinfi uçurumu dərinləşdirir.