İran Mərkəzi Bankının sədri Əbdülnasir Həmməti ABŞ və İsrailin müharibə yolu ilə məqsədlərinə çata bilmədikdən sonra «iqtisadi müharibə mərhələsinə» keçdiyini iddia edib. O, İranın valyuta bazarının bu təzyiqlərin hədəfinə çevrildiyini bildirib.
Həmməti İslam Respublikasının düşmənlərinin hazırda valyuta bazarını hədəf aldığını iddia edib. O, Mərkəzi Bankın qanuni səlahiyyətlərinə əsaslanaraq valyuta bazarını idarə etmək üçün zəruri saydığı istənilən addımı atacağını vurğulayıb.
Mərkəzi Bank sədrinin yeni açıqlamaları onun daha əvvəl ölkənin valyuta ehtiyatlarının son aylarda gücləndiyini iddia etdiyi
və idxal üçün ciddi valyuta çatışmazlığı olduğu barədə iddiaları rədd etdiyi bir vaxtda səslənir.
Həmməti həmçinin dollar məzənnəsinin kəskin artımını «ABŞ-ın yaratdığı ab-hava və təbliğat» ilə əlaqələndirmişdi. O, Skott Bessentin ABŞ-ın iqtisadi təzyiqlərinin təsiri barədə iddiasına cavab olaraq «Cücəni payızın axırında sayarlar!» demişdi.