İslam Respublikasının Hüquq-Mühafizə Qüvvələrinin baş komandanı Əhmədrza Radan ABŞ və İsraillə müharibədə «ən pis ssenari»yə hazır olmağa çağırıb. O, 28 sentyabr, bazar ertəsi FARACA-nın İdeoloji-Siyasi Təşkilatının rəhbərləri ilə görüşdə hərbi və müdafiə strukturlarının şəraitə uyğun şəkildə bərpa olunmalı olduğunu deyib.
Radan son müharibələrdə İslam Respublikasının komandirlərinin öldürülməsinə və infrastrukturuna dəyən ziyana toxunub. Bununla belə, o, hakimiyyətin strukturunun və müdafiə gücünün sıradan çıxmadığını iddia edib.
O, «qabaqlayıcı tədbirlər»in vacibliyini vurğulayıb. Radan həmçinin dövlət qurumlarından «media üstünlüyü» ilə, qarşı tərəfin narrativi formalaşmazdan əvvəl ictimaiyyətə «ilk narrativi» çatdırmağı tələb edib.