ArazNews
Ana Səhifə / İran / Tehran qonşu ölkələri yenidən hədələyib: «Müharibə alovu hamını bürüyəcək»
İran

Tehran qonşu ölkələri yenidən hədələyib: «Müharibə alovu hamını bürüyəcək»

Tehran qonşu ölkələri yenidən hədələyib: «Müharibə alovu hamını bürüyəcək»

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əli Abdullahi yenidən hədələyici ritorika ilə ABŞ-a və ABŞ qoşunlarına ev sahibliyi edən region ölkələrinə qarşı mövqe bildirib. O, İranla hər hansı yeni qarşıdurma başlayacağı təqdirdə «onun alovunun hamını bürüyəcəyini» deyərək xəbərdarlıq edib.

Abdullahi İslam Respublikası rəsmilərinin həmişəki mövqelərini təkrarlayıb. O, ABŞ qoşunlarının Yaxın Şərqdə olmasını region ölkələrindəki «təhlükəsizlik problemlərinin və iqtisadi çətinliklərin əsas səbəbi» adlandırıb və iddia edib ki, bu qoşunlar regionda qaldıqca təhlükəsizlik problemi də aradan qalxmayacaq.

Abdullahi həmçinin vurğulayıb ki, İslam Respublikası qərarlarını ABŞ-dakı seçkilərin nəticələrindən asılı etmir. Onun sözlərinə görə, Vaşinqton hər hansı hərbi addım atarsa və ya İsrailin təhriki ilə hücum həyata keçirilərsə, İran silahlı qüvvələri ABŞ-ın maraqlarını «məhdudiyyətsiz» hədəf alacaq.