ArazNews
Ana Səhifə / Bölgə / Siemens «Xəzər yaşıl dəhlizi» layihəsinə qoşulub
Bölgə

Siemens «Xəzər yaşıl dəhlizi» layihəsinə qoşulub

Siemens «Xəzər yaşıl dəhlizi» layihəsinə qoşulub

Almaniyanın Siemens şirkəti «Xəzər yaşıl dəhlizi» layihəsinin inkişafında iştirak etmək üçün layihənin icrasına cavabdeh qurumla saziş imzalayıb. Layihə Qazaxıstan, Özbəkistan və Azərbaycan Respublikasında bərpa olunan mənbələrdən istehsal edilən elektrik enerjisinin Avropa enerji bazarlarına ötürülməsi məqsədilə hazırlanıb.

Üç ölkə son illərdə günəş və külək enerjisi sahəsinə geniş həcmdə sərmayə yatırıb. Qazaxıstanın külək və günəş elektrik enerjisi istehsal gücü beş il ərzində təxminən 3500 meqavata çatıb, Özbəkistanın bərpa olunan enerji gücü isə sıfıra yaxın səviyyədən 5500 meqavatdan çox həddə yüksəlib.

Azərbaycan Respublikası da 2030-cu ilədək təmiz elektrik enerjisi istehsal gücünü 10 min meqavata çatdırmağı hədəfləyib. «Xəzər yaşıl dəhlizi»nin uzunmüddətli məqsədi Mərkəzi Asiya və Azərbaycan Respublikasının təmiz elektrik enerjisinin Qafqaz və Qara dəniz vasitəsilə Avropaya ötürülməsi üçün yeni marşrut yaratmaqdır.