Yəmənin husiləri Ər-Riyaddakı "Aramco" şirkətinin obyektlərini ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə aldıqlarını bəyan ediblər. Eyni vaxtda Fransa Press agentliyi Səudiyyə Ərəbistanının paytaxtının cənubunda yerləşən "Aramco" obyektlərinin ərazisində yanğın və qatı tüstü müşahidə edildiyini xəbər verib.
Husilərin hərbi sözçüsü Yəhya Səri şənbə axşamı qruplaşmanın Ər-Riyadda "Aramco"ya qarşı "hərbi əməliyyat" həyata keçirdiyini və hücumlar nəticəsində hədəflərdə yanğın baş verdiyini iddia edib.
O, bu əməliyyatı Səudiyyə Ərəbistanının husilərin nəzarətində olan ərazilərə, o cümlədən Sənaya endirdiyi hava zərbələrinə cavab kimi dəyərləndirib və son 24 saat ərzində təxminən 60 hava zərbəsi endirildiyini iddia edib.