İran mediası şənbə axşamı Hörmüz boğazında daha bir neft tankerində partlayış baş verdiyini xəbər verib. Mediaya görə, bu gəmi boğaza daxil olarkən öz identifikasiya və izləmə sistemini söndürübmüş.
Bu xəbər Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzinin açıqlamasından sonra yayılıb. Mərkəz son saatlarda Omanın 4 dəniz mili şərqində xam neft daşıyan bir tankeri naməlum mərminin vurduğunu bildirmişdi. Həmin hadisədə ekipaj üzvlərinin sağ-salamat olduğu bildirilmiş, ətraf mühitin çirklənməsi barədə isə məlumat verilməmişdi.
Yeni tankerin adı və hansı ölkənin bayrağı altında üzdüyü, partlayışın dəqiq səbəbi, dəyən ziyanın həcmi və ekipajın vəziyyəti hələ rəsmi olaraq açıqlanmayıb.