ArazNews
Ana Səhifə / Bölgə / Tehran Səudiyyə Ərəbistanında on minlərlə Pakistan hərbçisinin yerləşdirilməsindən narahatdır
Bölgə

Tehran Səudiyyə Ərəbistanında on minlərlə Pakistan hərbçisinin yerləşdirilməsindən narahatdır

Tehran Səudiyyə Ərəbistanında on minlərlə Pakistan hərbçisinin yerləşdirilməsindən narahatdır

İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Səudiyyə Ərəbistanında 30-40 min Pakistan hərbçisinin yerləşdirilməsi ilə bağlı xəbərlərə münasibət bildirib. O, Tehranın bu xəbərlərin doğru olmadığına ümid etdiyini deyib və Yəməndə hər hansı yeni hərbi əməliyyatın regiondakı vəziyyəti daha da mürəkkəbləşdirə biləcəyi barədə xəbərdarlıq edib.

"Arab Times" nəşrinin məlumatına görə, Pakistan qüvvələri bir neçə mərhələdə Səudiyyə Ərəbistanında yerləşdirilib. Onların əsas missiyasının bu ölkənin sərhədlərini qorumaq, eləcə də raket və dron hücumlarına qarşı hava hücumundan müdafiəni gücləndirmək olduğu bildirilir. Bununla belə, pakistanlı rəsmi qeyd edib ki, İslamabad indiyədək döyüş missiyası ilə Yəmən ərazisinə qoşun göndərmək barədə qərar qəbul etməyib.

Bu proseslər Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı genişmiqyaslı əməliyyata hazırlaşdığı barədə xəbərlərlə eyni vaxta təsadüf edir. Bildirilir ki, əməliyyatın ehtimal olunan məqsədi husiləri Qırmızı dənizin sahil bölgələrindən geri oturtmaq və strateji Bab-əl-Məndəb marşrutu üzərində nəzarəti bərpa etməkdir. Əməliyyatın əsasən Yəmən qüvvələri tərəfindən, Səudiyyə Ərəbistanının hava və kəşfiyyat dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulur.