Türkiyə Xarici İşlər Nazirliyi «Türk Dövlətlərinin Əməkdaşlıq Günü» münasibətilə Türk Dövlətləri Təşkilatının təsis sənədi olan Naxçıvan Sazişinin imzalanmasının 17-ci ildönümünü qürurla qeyd etdiyini açıqlayıb.
Bəyanatda bildirilir ki, Türk Dövlətləri Təşkilatı ortaq tarixə, dilə və bağlara söykənərək türk dövlətləri arasında həmrəyliyin institusionallaşması və əməkdaşlığın gücləndirilməsi üçün mühüm platformaya çevrilib. Təşkilatın yüksək səviyyəli görüşləri oktyabrın 29-30-da Türkiyənin ev sahibliyi ilə keçiriləcək, 13-cü Zirvə görüşü isə oktyabrın 30-da baş tutacaq.
Türkiyə Xarici İşlər Nazirliyi vurğulayıb ki, Ankara türk dünyasının insan, iqtisadi və strateji potensialını ortaq rifaha çevirmək səylərini davam etdirəcək. Nazirlik məqsədin birlik və həmrəylik sayəsində «Türk əsri»ni qurmaq olduğunu bildirib.