ArazNews
Ana Səhifə / Bölgə / Türkiyə hipersəs ballistik raketə malik ilk NATO ölkəsi olacaq
Bölgə

Türkiyə hipersəs ballistik raketə malik ilk NATO ölkəsi olacaq

Türkiyə hipersəs ballistik raketə malik ilk NATO ölkəsi olacaq

«Tayfun Blok-4» raketinin yaxın vaxtlarda Türkiyə Silahlı Qüvvələrinin arsenalına əlavə olunacağı gözlənilir. Bu raketlə Türkiyə hipersəs ballistik raket imkanına malik ilk NATO üzvü olacaq. «Tayfun Blok-4»ün uçuş məsafəsinin 1000 kilometrdən çox olacağı proqnozlaşdırılır.

Raket Türkiyənin raket istehsalı şirkəti olan «Roketsan» tərəfindən hazırlanıb. «Tayfun Blok-4» koordinatlara əsaslanan idarəetmə sistemi ilə hədəfə yönəlir və çoxməqsədli döyüş başlığına malikdir. Raket «Tayfun» buraxılış sistemindən atılır.