İsrailin baş naziri Binyamin Netanyahu BMT Baş Assambleyasındakı çıxışında terror qruplarının liderlərinə və İsrailin düşmənlərinə toxunaraq bildirib ki, İsrail vətəndaşlarına və digər ölkələrin vətəndaşlarına qarşı hücumlara və qətliamlara görə məsuliyyət daşıyan şəxslər «aradan qaldırılıb».
Netanyahu deyib: «Terrorun başçıları, dünyada kütləvi qətllərin ən pis törədiciləri; təkcə israilliləri deyil, həm də amerikalıları, britaniyalıları və onlarla ölkənin vətəndaşlarını öldürənlər. Xameneyi, Deif, Sinvar, Haniyə, Nəsrullah və bizi məhv etməyə çalışan minlərlə digər terrorçu. Onların hamısı aradan qaldırılıb».
İsrailin baş naziri həmçinin iddia edib ki, İsraillə hələ də qarşıdurmada olan silahlı qruplar öz imkanlarını bərpa etməyə çalışırlar. O deyib: «Qalan terrorçular çarəsiz şəkildə yenidən təşkilatlanmağa cəhd edirlər. Hər gün xalqımızı qətlə yetirməyə çalışırlar və xüsusilə xalqımızı tarixi torpağımızda, Yəhudiyyədə öldürməyə cəhd edirlər».
İsrailin baş nazirinin çıxışı müəyyən qalmaqallarla da müşayiət olunub. Onun çıxışı başlamazdan əvvəl onlarla diplomat və ölkə nümayəndəsi etiraz əlaməti olaraq BMT Baş Assambleyasının zalını tərk edib. Netanyahu buna reaksiya olaraq iclası tərk edənləri «mənəvi qorxaqlar» adlandırıb.