Tramp deyib: «Onlar təklif irəli sürdülər, amma mən onu rədd etdim. Onlar elə bir razılaşma əldə etmək istəyirlər ki, ona əsasən boğaz dərhal açılsın, çünki ciddi şəkildə uduzurlar.»
ABŞ prezidenti əlavə edib: «Biz böyük üstünlüklə qalib gəlirik. Hörmüz boğazına tam nəzarət bizim əlimizdədir. Boğazdan böyük həcmdə neft çıxır və dünən gecə oradan 29 gəmi çıxıb.»
Razılaşma əldə olunması prinsipinə etirazı olmadığını bildirən Tramp deyib: «Onlar razılaşmaq istəyirlər və məncə, bunun heç bir qüsuru yoxdur. Mən də razılaşma bağlamağı sevirəm, amma o razılaşma qəbuledilən olmayacaq.»
O, bir daha İslam Respublikasının Hörmüz boğazının dərhal açılmasını istədiyini qeyd edib və əlavə edib: «Onların əlinə heç bir pul keçmir, çünki pullarını Hörmüz boğazından qazanırlar.»