ArazNews
Ana Səhifə / İran / "The Wall Street Journal": Tramp Tehranın yeddi günlük planını rədd edib və hücumların bərpasından danışıb
İran

"The Wall Street Journal": Tramp Tehranın yeddi günlük planını rədd edib və hücumların bərpasından danışıb

"The Wall Street Journal" qəzeti amerikalı rəsmilərə istinadən xəbər verib ki, Donald Tramp İslam Respublikasının müharibənin dayandırılması ilə bağlı yeddi günlük təklifini rədd edib. Qəzetin yazdığına görə, o, İrana hücumların noyabr ayında keçiriləcək aralıq seçkilərdən sonra bərpa olunacağını gözləyir.

Abbas Əraqçi bir neçə saat əvvəl Nyu-Yorkda bildirmişdi ki, bu plana əsasən ABŞ 4-5 gün ərzində Tehranın tələblərini yerinə yetirməlidir. Bunun müqabilində Hörmüz boğazı altıncı gün açılacaq, danışıqlar isə yeddinci gün başlayacaq.

Tehranın tələbləri dəniz blokadasının sona çatdırılması, dondurulmuş aktivlərin azad edilməsi və neft sanksiyalarının yumşaldılmasıdır. Əraqçi İslamabad anlaşma memorandumunun çökməsində ABŞ-ı günahlandırıb, lakin Vaşinqton bunun səbəbini İslam Respublikasının ticarət gəmilərinə hücumlarında görür.

İran limanlarının dəniz blokadası davam edir. CENTCOM açıqlayıb ki, blokadanın ikinci mərhələsinin başlanğıcından bəri 122 ticarət gəmisinin marşrutunu dəyişib.