ArazNews
Ana Səhifə / İran / İran Milli Təhlükəsizlik Ali Şurası: Uçuşlara qoyulan məhdudiyyətlərə qarşı «hərbi cavab» vermək niyyətimiz yoxdur
İran

İran Milli Təhlükəsizlik Ali Şurası: Uçuşlara qoyulan məhdudiyyətlərə qarşı «hərbi cavab» vermək niyyətimiz yoxdur

İran Milli Təhlükəsizlik Ali Şurası: Uçuşlara qoyulan məhdudiyyətlərə qarşı «hərbi cavab» vermək niyyətimiz yoxdur

İslam Respublikasının Milli Təhlükəsizlik Ali Şurası şənbə günü, 4 mehr tarixində açıqlama yayaraq bildirib ki, İran regionun bir neçə ölkəsində İran uçuşlarının dayandırılmasına qarşı «hərbi cavab» vermək niyyətində deyil.

İslam Respublikasının Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rzayi ötən həftənin çərşənbə günü İran uçuşlarının daha bir sıra ölkələrdə dayandırılmasına reaksiya olaraq İranın qonşu ölkələrini hədələyib və bildirib ki, ABŞ ilə əməkdaşlıq edəcəkləri təqdirdə «onların hava limanlarından da uçuşlar dayandırılacaq».

O, dövlət radio və televiziyasında yayımlanan müsahibəsində deyib: «Əgər ABŞ-ın yanında olsanız, biz sizə sadəcə tamaşa etməyəcəyik». Rzayi həmçinin xəbərdarlıq edib ki, İran uçuşları qadağan edilərsə və qonşu ölkələr ABŞ ilə əməkdaşlıq edərsə, «hava limanlarınızdan uçuş olmayacaq».

Milli Təhlükəsizlik Ali Şurasının katibliyi dövlət mediasının yaydığı bəyanatda qeyd edib ki, Möhsün Rzayinin açıqlamaları ilə bağlı «bəzi reallığa uyğun olmayan şərhlərin və sitatların» yayılması «suallar və qeyri-müəyyənliklər» yaradıb.

Bəyanatda vurğulanıb: «İranın son hava məhdudiyyətlərinə qarşı hərbi cavab tədbirlərinə əl atacağı barədə iddialar təkzib edilir».

Bununla yanaşı, region ölkələrinə qarşı təhdidlər cümə günü İslam Respublikasının rəhbərinin müşaviri Məhəmməd Müxbir tərəfindən də təkrarlanıb, İran hakimiyyətini dəstəkləyən bəzi simalar isə sosial şəbəkələrdə açıq şəkildə region ölkələrinin hava limanlarına hərbi hücum edilməsinə çağırıblar.