ArazNews
Ana Səhifə / İran / Əmarat: Sipahın neft tankerlərinə hücumu «dəniz quldurluğu» və dünya enerji təhlükəsizliyinə təhdiddir
İran

Əmarat: Sipahın neft tankerlərinə hücumu «dəniz quldurluğu» və dünya enerji təhlükəsizliyinə təhdiddir

Əmarat: Sipahın neft tankerlərinə hücumu «dəniz quldurluğu» və dünya enerji təhlükəsizliyinə təhdiddir

Birləşmiş Ərəb Əmirlikləri, İranın Hörmüz boğazından keçən zaman Əbu-Dabinin dövlət neft şirkəti "ADNOC"a məxsus iki gəmiyə hücumunu kəskin şəkildə qınayıb və bu hücumlara görə İslam İnqilabı Keşikçiləri Korpusunu (Sipah) məsul edib.

Əmarat Xarici İşlər Nazirliyi bildirib ki, bu hücumlar BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinin pozulmasıdır və kommersiya gəmiçiliyinin azadlığı və təhlükəsizliyinə təhdiddir.

Əbu-Dabi həmçinin ticarət gəmilərinin hədəfə alınmasını və Hörmüz boğazından təzyiq göstərmək və ya "iqtisadi şantaj" məqsədilə istifadə olunmasını "Sipah tərəfindən dəniz quldurluğu" və regionun sabitliyi ilə dünya enerji təhlükəsizliyinə birbaşa təhdid kimi xarakterizə edib.

Məlumatlara görə, bu hücumlar nəticəsində insan tələfatı qeydə alınmayıb. Əmarat daha əvvəl də Sipahı ölkənin bir neft tankerinə hücum etməkdə ittiham etmişdi.