İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Tesnim xəbər agentliyi bildirib ki, hökumətə yaxın məddahlardan olan Həmidrza Rəcəbzadə oğurlanıb, sonra isə öldürülüb.
Bu məlumata görə, Rəcəbzadə bir neçə gün itkin düşmüşdü. Bundan sonra onun ailəsi cəsədinin videosunu alıb.