ArazNews
Ana Səhifə / İran / Kibernetik Fəzası Ali Şurasının sabiq katibi: iranpərəstlər İranda internetin "balkanlaşdırılmasına" cəhd edirlər
İran

Kibernetik Fəzası Ali Şurasının sabiq katibi: iranpərəstlər İranda internetin "balkanlaşdırılmasına" cəhd edirlər

Kibernetik Fəzası Ali Şurasının sabiq katibi: iranpərəstlər İranda internetin

Kibernetik Fəzası Ali Şurasının sabiq katibi Seyid Əbülhəsən Firuzabadi internetə qarşı tətbiq olunan məhdudlaşdırıcı siyasətləri tənqid edərək bildirib ki, bir qrup radikal qüvvələr internetin "balkanlaşdırılmasına" və onun inkişafının milli çərçivə ilə məhdudlaşdırılmasına cəhd göstərirlər.

O, izahsız və hesabatlılıq olmadan aparılan filtrasiyanı, habelə insanların daha çox pul ödəməklə filtrsiz internetə çıxış əldə etdiyi vəziyyəti "eybəcər" adlandırıb.

Firuzabadi həmçinin bildirib ki, Kibernetik Fəzası Ali Şurası əvvəlcə əlaqəsizlikləri aradan qaldırmaq üçün yaradılmışdı, lakin sonradan "özü idarəçilik probleminin bir hissəsinə çevrilib".