ArazNews
Ana Səhifə / İran / Qəribabadi: "Müharibə zamanı sülh dövrünün ədəbiyyatı ilə danışmaq olmaz"
İran

Qəribabadi: "Müharibə zamanı sülh dövrünün ədəbiyyatı ilə danışmaq olmaz"

Qəribabadi:

İran İslam Respublikasının xarici işlər nazirinin müavini Kazım Qəribabadi müharibə dövründə diplomatiya qurumunun sərt üslubuna yönəlik tənqidlərə reaksiya verərək bildirib ki, "yersiz yumşaqlıq" qarşı tərəfi hücumları genişləndirməyə həvəsləndirə bilər.

Dövlət xəbər agentliyi "İRNA"ya istinadən, Qəribabadi deyib ki, müharibə dövründə diplomatiya dayanmır, lakin onun səviyyəsi və üslubu dəyişir və hər hansı zəif mövqe nümayişi qarşı tərəfin daha çox irəliləməsinə səbəb ola bilər.

O, həmçinin vasitəçilər vasitəsilə mesaj mübadiləsinin davam etdiyini vurğulayaraq iddia edib ki, hazırkı şəraitdə cəbhə ilə İran İslam Respublikasının diplomatiyası arasında "ən yüksək səviyyəli əlaqələndirmə" mövcuddur.