ArazNews
Ana Səhifə / İran / Hörmüz boğazında gəmi hərəkəti aşağı səviyyədə qalır: Tehran-Vaşinqton gərginliyi davam edir
İran

Hörmüz boğazında gəmi hərəkəti aşağı səviyyədə qalır: Tehran-Vaşinqton gərginliyi davam edir

Hörmüz boğazında gəmi hərəkəti aşağı səviyyədə qalır: Tehran-Vaşinqton gərginliyi davam edir

İran İslam Respublikası ilə ABŞ arasında bu suyoluna nəzarət üzərində gərginliyin davam etməsi fonunda, Hörmüz boğazından ticarət gəmilərinin keçidi aylıq ortalamadan aşağı səviyyədə qalmaqda davam edir.

Reuters agentliyinin "Kpler" şirkətinin məlumatlarına istinadən verdiyi xəbərə görə, cümə axşamı Hörmüz boğazından yük daşıyan 9 gəmi keçib. Bir gün əvvəl bu rəqəm beş gəmi olub, avqust ayının gündəlik ortalaması isə təxminən 12 gəmi təşkil edib.

Qeydə alınan 9 gəmidən beşi Bəsrə körfəzinə daxil olub, dördü isə Oman dənizi istiqamətində hərəkət edib və onların əksəriyyəti İrana yaxın olan dənizçilik marşrutundan keçib.

Bu statistika yalnız izləmə sistemləri aktiv olan gəmiləri əhatə edir, ötürücüsü söndürülmüş gəmilər isə hesablamaya daxil edilməyib.