ArazNews
Ana Səhifə / İran / ABŞ prezidenti Donald Tramp: mənim addımlarım İranın nüvə silahı əldə etməsinin qarşısını aldı
İran

ABŞ prezidenti Donald Tramp: mənim addımlarım İranın nüvə silahı əldə etməsinin qarşısını aldı

ABŞ prezidenti Donald Tramp: mənim addımlarım İranın nüvə silahı əldə etməsinin qarşısını aldı

İran İslam Respublikasının nüvə silahı əldə etməsi ABŞ hökumətinin addımları ilə dayandırılıb. Tramp Amerikanın bir radio şəbəkəsində bir aparıcı ilə söhbətdə deyib ki, əgər Tehrana qarşı onun siyasəti davam etdirilməsəydi, İran artıq nüvə silahına malik olardı.

ABŞ prezidenti əlavə edib ki, bu halda digər ölkələr İran rəhbərləri ilə fərqli mövqedən davranmaq və onlara "ağa" deyə müraciət etmək məcburiyyətində qalardılar. O, həmçinin bildirib ki, dünya neft qiymətləri hazırda Co Bayden hökuməti dövrü ilə müqayisədə daha aşağıdır. Tramp hökuməti son aylar ərzində İranın nüvə silahı əldə etməsinin qarşısını almağı Tehrana qarşı xarici siyasətinin əsas hədəflərindən biri kimi elan edib.