ArazNews
Ana Səhifə / İran / İdman klublarına möhürvurma dalğası çatdı; Borucerddə iki klub "normadan kənar davranış" bəhanəsi ilə bağlandı
İran

İdman klublarına möhürvurma dalğası çatdı; Borucerddə iki klub "normadan kənar davranış" bəhanəsi ilə bağlandı

İdman klublarına möhürvurma dalğası çatdı; Borucerddə iki klub

İran İslam Respublikasının məhkəmə hakimiyyəti Borucerd şəhərində iki idman klubunu möhürləyib. Bu şəhərin baş prokuroru Qoudərz Əmrayi bu addımın səbəbini "normadan kənar davranışlar" adlandırıb, lakin bu ittihamla bağlı heç bir konkret nümunə göstərməyib.

O, Lorestan radio-televiziyasına bildirib ki, bu iki klub üçün məhkəmə işi də açılıb. Bu mərkəzlərə aid edilən davranışların növü barədə heç bir izahat verilməyib.

Mərdadın 11-də (2 avqust) isə Yəzddə qadınlara xüsusi dörd idman klubu "intizam pozuntuları" iddiası ilə möhürlənmişdi. Tehranda da Sənayi və İranşəhr küçələrindəki bir sıra kafe-restoranlar, o cümlədən "Cou Kafe", "1401", "Sam Kafe" və "Teori", məhkəmə və hüquq-mühafizə orqanları nümayəndələrinin əmri ilə bağlanıb.