Arianseze tikinti şirkətinin əməkdaşları Tehranda şirkətin ofisi önündə toplaşan mənzil tələbkarları qrupu ilə toqquşub. Bazar ertəsi, 19 mordaddə (10 avqust) bir araya gələn etirazçılar illər əvvəl əvəlcədən aldıqları, lakin hələ də təhvil ala bilmədikləri evlərin təhvil verilməsini tələb ediblər.
Gələn məlumatlara əsasən, bu şirkətin Setin, Padafend, Əfra, Gole-Məryəm, Pərdise-Şərq və Abşar da daxil olmaqla bir sıra layihələrinin təhvil müddəti çoxdan bitib və məsələ hər hansı həll yolu olmadan sürüncəmədə qalıb. Bu layihələrin alıcıları öz mənzinlərinin tamamlanmasını gözləyərək hələ də sığınacaqsız qalmaqdadırlar.