İslam Respublikası və Oman Hörmüz boğazında gəmiçilik marşrutunun yenidən açılması ilə bağlı razılığa yaxınlaşıb. Bu marşrut artıq aylardır fasilə ilə işləyir.
"Nyu-York Tayms"ın yazdığına görə, mübahisə predmeti ondan ibarətdir ki, təklif olunan sazişlər Tehranın bu su yolu üzərindəki nüfuzunu artıra bilər. İslam Respublikasının rəsmiləri bildirirlər ki, körfəzə daxil olan gəmilər İranın sahillərinə yaxın kanaldan keçməli və xidmət haqqı adı altında müəyyən məbləğ ödəməlidirlər ki, bu da Tehran ilə Maskat arasında bölüşdürülür.
Amerika rəsmiləri bu iddianı təkzib edirlər. Onların sözlərinə görə, İslam Respublikasının gəmilərdən rüsum almaq və ya onların keçidinə nəzarət etmək səlahiyyəti yoxdur.