Həmas liderlərindən Qazi Həmad, bu təşkilatın Qəzə müharibəsini bitirmək və sivil vətəndaşların əziyyətini azaltmaq məqsədilə əhatəli bir sülh sazişinə razılıq verdiyini, lakin bunun Həmasın siyasi hədəflərindən əl çəkmək mənasına gəlmədiyini açıqlayıb.
Əl-Ərəbiyyənin xəbərinə görə, Qazi Həmad, fələstinli müxtəlif təşkilatlarla geniş müzakirələrdən sonra və Qəzə sakinlərini ağır şərtlərdən qurtarmaq məqsədilə Həmasın əhatəli sülh sazişinə razılıq verdiyini bildirib. O, bu qərarın ortaq danışıqların nəticəsi olduğunu və birtərəfli qəbul edilmədiyini vurğulayıb.
Həmad əlavə edib ki, Həmas sazişin uğur şansını artırmaq üçün siyasi güzəştlərə getdi, lakin bu güzəştlər təşkilatın "milli haqları"ndan ya siyasi hədəflərindən əl çəkmək mənasına gəlmir.
Onun sözlərinə görə, bu saziş mövcud şərtləri idarə etmək və müharibəni bitirmək üçün bir yoldur və Həmasın əsas mövqeyini dəyişdirməyəcək.