ArazNews
Ana Səhifə / İran / İran məhkəmə hakimiyyəti "Mossadla əməkdaşlıq"da ittiham olunan iki nəfərin edam edildiyini açıqlayıb
İran

İran məhkəmə hakimiyyəti "Mossadla əməkdaşlıq"da ittiham olunan iki nəfərin edam edildiyini açıqlayıb

İran məhkəmə hakimiyyəti

İran İslam Respublikasının məhkəmə hakimiyyəti Omid Behzad və Puriya Səfəvət adlı iki nəfərin "Mossadla əməkdaşlıq" ittihamı ilə edam hökmünün icra edildiyini bildirib.

Məhkəmə hakimiyyətinə bağlı Mizan agentliyi bazar ertəsi günü açıqlayıb ki, bu iki nəfər İsraillə kəşfiyyat əməkdaşlığı ilə bağlı işdə məhkum edildikdən sonra bu gün səhər tezdən edam edilib.

Məhkəmə hakimiyyətinin açıqlamasına görə, Omid Behzad və Puriya Səfəvət "hərbi və təhlükəsizlik mərkəzlərinin koordinatlarını, şəkillərini və məlumatlarını Mossad zabitlərinə və bu xidmətə bağlı əlaqə kanallarına ötürmək" ittihamı ilə günahkar bilinib. Məhkəmə orqanları həmçinin bildirib ki, bu iki nəfər üçün çıxarılan edam hökmü Ali Məhkəmə tərəfindən təsdiqlənib.

Mizan agentliyi bu şəxslərin ittihamlarını şərh edərkən iddia edib ki, onlar "zahirən sadə, əslində isə mürəkkəb layihələr" çərçivəsində Mossadla əməkdaşlıq edib və İsraliə məlumat ötürülməsində əməliyyat rolu oynayıb.

Hökmün icrası barədə xəbər yayıldıqdan bir neçə saat sonra İran hakimiyyətinə bağlı media orqanları bu iki nəfərin "etirafları" adlandırılan video görüntülərini yayıb.