ArazNews
Ana Səhifə / İran / Araçqi: Ukrayna'nın İran gəmisinə hücumu İsrailin göstərişi ilə həyata keçirilib və cavabsız qalmayacaq
İran

Araçqi: Ukrayna'nın İran gəmisinə hücumu İsrailin göstərişi ilə həyata keçirilib və cavabsız qalmayacaq

Araçqi: Ukrayna'nın İran gəmisinə hücumu İsrailin göstərişi ilə həyata keçirilib və cavabsız qalmayacaq

İslam Respublikasının xarici işlər naziri Seyyid Abbas Araçqi iddia edib ki, Ukrayna'nın Xəzər dənizində İrana məxsus bir ticarət gəmisinə etdiyi və bir dənizçinin həlakına səbəb olan hücum «İsrailin göstərişi» ilə və Avropanı müharibəyə cəlb etmək məqsədilə həyata keçirilib. O, bu addımı BMT Nizamnaməsinin açıq şəkildə pozulması kimi qiymətləndirib.

Araçqi bildirib ki, Avropa İttifaqının xarici siyasət məsuliyyətçisi Kaya Kallas və Rusiya xarici işlər naziri Sergey Lavrov ilə apardığı danışıqlarda «ac Kiyevin» bu addımının cavabsız qalmayacağını vurğulayıb.