ArazNews
Ana Səhifə / Bölgə / Hürmüz boğazı yaxınlığında, Oman sularında bir gəmi yanğına məruz qaldı
Bölgə

Hürmüz boğazı yaxınlığında, Oman sularında bir gəmi yanğına məruz qaldı

Hürmüz boğazı yaxınlığında, Oman sularında bir gəmi yanğına məruz qaldı

Britaniya Dəniz Ticarəti Əməliyyatları Təşkilatı bir gəminin Oman sularında yanğına məruz qaldığını açıqlayıb.

Britaniya Dəniz Ticarəti Əməliyyatları Təşkilatına istinadən bildirilir ki, hadisə bazar günü baş verib və səbəbi hələlik təsdiqlənməyib. Bazar ertəsinin ilk saatlarında — iyulun 20-də yayımlanan bu məlumata görə, hadisə yeri Omanın Müsəndam yarımadasının ən şimal nöqtəsində, Hürmüz boğazının girəcəyində olaraq göstərilib. Təşkilat gəmilərə ehtiyatla hərəkət etmələrini və hər hansı şübhəli fəaliyyəti bildirmələrini tövsiyə edib.

İslam İnqilabı Keşikçiləri Korpusu daha əvvəl yayımladığı bəyanatda keçən gecənin son saatlarında Hürmüz boğazının cənub məcrasına daxil olmağa cəhd edən iki "qanun pozucu" neft tankerinin "cəzalandırıldığını" iddia etmişdi.