ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton bildirib ki, Vaşinqtonun məqsədi yalnız amerikalı əsgərlərin öldürülməsinə görə cavab vermək olmamalı, əksinə İslam İnqilabı Keşikçiləri Korpusunu (Səpah) tamamilə məhv etməlidir.
O vurğulayıb ki, Səpah hərbi əməliyyatları idarə edir və İslam Cümhuriyyətinin mülki rəhbərlərinin ABŞ ilə apardığı danışıqların heç bir əhəmiyyəti yoxdur. Boltonun sözlərinə görə, İranda hökuməti dəyişdirməyin və sülhü təmin etməyin yeganə yolu Səpahın raket, pilotsuz təyyarə və nüvə potensialının tamamilə məhv edilməsidir.
Bolton əlavə edib ki, ABŞ İran daxilindəki müxalifətlə — o cümlədən kürdlər, baluclar və digər etnik qruplarla — əməkdaşlıq etməlidir ki, hökumətə daxili təzyiq artırılsın.
O həmçinin neft sanksiyalarının yenidən tətbiqini və İran limanlarının dəniz blokadası edilməsini təsirli addım kimi dəyərləndirib; bu tədbirlərin İslam Cümhuriyyətinin Səpaha, Qüds Qüvvələrinə və Bəsicə ödəniş üçün ayırdığı gəlirləri kəsəcəyini qeyd edib.