ArazNews
Ana Səhifə / İran / Ağ Ev təkzib etdi: İrana qarşı bütün seçimlər masadadır
İran

Ağ Ev təkzib etdi: İrana qarşı bütün seçimlər masadadır

Ağ Ev təkzib etdi: İrana qarşı bütün seçimlər masadadır

Ağ Ev "New York Times"in ABŞ-ın İrana qarşı hərbi əməliyyatları gücləndirilməsi planından ən azı müvəqqəti olaraq əl çəkdiyi barədə məqaləsini rədd etdi və Donald Trampın bütün seçimləri qoruyub saxladığını vurğuladı.

"New York Times" şənbə günü, avqustun 3-də yazdı ki, Tramp ən azı iki məsləhətçisinin müxalifəti nəticəsində İrana qarşı böyük müharibə planından hələlik əl çəkib. Qəzet bu qərarın səbəblərindən biri kimi SENTKOM-un sərəncamındakı "Patriot" hava müdafiə raketlərinin arsenalının tükənməsinə dair narahatlığı göstərdi.

Buna cavab olaraq Ağ Evin kommunikasiyalar direktoru Stiven Çonq "Fox News"a bildirdi ki, Tramp həmişə diplomatik həlli üstün tutub, lakin İran Hörmüz boğazındakı fəaliyyətlərini və ya ABŞ müttəfiqlərinə qarşı əməliyyatlarını davam etdirərsə, bütün seçimlər masada qalacaq. O əlavə etdi ki, iflic edici sanksiyalardan və 13 gecəlik ardıcıl zərbələrdən sonra Tehranın danışıqlar yolu ilə razılığa gəlməsi daha məqsədəuyğundur; "əks halda nə baş verəcəyini bilirlər."

Bu fikir mübadiləsi ABŞ ordusunun İslam İnqilab Keşikçiləri Korpusunun Hörmüz boğazının Oman hissəsindəki bir neçə neft tankeri və ticarət gəmisinə hücumlarının ardından Trampın əmri ilə 13 gecə ardıcıl olaraq əsasən İranın cənubundakı hərbi mövqelərini hədəf alması fonunda gündəmə gəlir; bu hücumlar son günlərə yaxınlaşdıqca böyük bir əməliyyata dair gümanlarla müşayiət olundu.