ArazNews
Ana Səhifə / İran / Axios: Sentkom komandanının tövsiyəsi Trampın hücumları dayandırma qərarında rol oynadı
İran

Axios: Sentkom komandanının tövsiyəsi Trampın hücumları dayandırma qərarında rol oynadı

Axios: Sentkom komandanının tövsiyəsi Trampın hücumları dayandırma qərarında rol oynadı

ABŞ Mərkəzi Komandanlığının (Sentkom) komandanı Brad Kuper Donald Trampın hökumətinə Hörmüz boğazı ətrafında aparılan bombardman kampaniyasının dayandırılmasını tövsiyə edib, çünki onun qiymətləndirməsinə görə bu əməliyyat öz effektivlik həddine çatıb.

Kuper qiymətləndirib ki, son iki həftə ərzində aparılan hücumlar İslam Respublikasının Hörmüz boğazı bölgəsindəki gəmilərə hədəf alma qabiliyyətini əhəmiyyətli dərəcədə azaldıb və hava zərbələri üçün müəyyən edilmiş hədəflərin böyük hissəsi artıq məhv edilib.

Məlumatlı mənbələrin bildirdiyinə görə, Kuper ABŞ-ın rəsmilərinə deyib ki, geniş miqyaslı hərbi əməliyyatların bərpasına qərar verilərsə, ABŞ «Epik Qəzəb» əməliyyatı zamanı hədəf alınmayan hədəflərin 20 faizinə zərbə endirə bilər. Bununla belə, o vurğulayıb ki, belə bir qərar qəbul edilməzsə, son iki həftənin bombardman kampaniyasının davam etdirilməsinin heç bir əsası olmayacaq.