ArazNews
Ana Səhifə / İran / İranda yay elektrik kəsintilərinin başlanğıcı; mütəxəssislər: böhranın kökü istidən daha dərindədir
İran

İranda yay elektrik kəsintilərinin başlanğıcı; mütəxəssislər: böhranın kökü istidən daha dərindədir

İranda yay elektrik kəsintilərinin başlanğıcı; mütəxəssislər: böhranın kökü istidən daha dərindədir

«Dünyayi-İqtisad» qəzetinə istinadən, Enerji Nazirliyi bildirib ki, son kəsintilər planlaşdırılmamış olub, şəbəkədə baş verən nasazlıq və qəzalardan qaynaqlanır. Lakin bu kəsintilərinin istinin pik həddə çatması ilə üst-üstə düşməsi, bir daha elektrik enerjisi balanssızlığı məsələsini diqqət mərkəzinə gətirib. «Tovanir»in baş direktoru Məhəmməd Əllahdad temperaturun artacağını proqnozlaşdıraraq əhalini istehlakı idarə etməyə çağırıb və bundan belə kəsintilərə dair məlumatlandırmanın yalnız rəsmi portallar vasitəsilə aparılacağını açıqlayıb.

Elektrik sənayesi sindikatının baş katibi Mehdi Məsaili deyib ki, şəbəkəyə təxminən 5000 meqavat günəş enerjisi stansiyası əlavə edilməsinə baxmayaraq, kəsintilər bu il də davam edəcək, çünki balanssızlığın əsas kökü sənayenin struktur və iqtisadi problemlərindədir. Onun sözlərinə görə, elektrik enerjisi 1 kVt-saatı təxminən 2000 tümənə başa gəlir, lakin orta hesabla 800 tümənə satılır; bu uçurum sənayeyə investisiyaları iflic hala salıb.

Mütəxəssislər vurğulayırlar ki, elektrik sənayesinin iqtisadiyyatında köklü islahat aparılmadan və yığılmış borclar ödənilmədən, dövri kəsintilər silsiləsi yayın bitməsindən sonra da davam edəcək.