ArazNews
Ana Səhifə / Dünya / Bu türk torpağı Putinin hakimiyyətinin süqutunun açarı ola bilərmi?
Dünya

Bu türk torpağı Putinin hakimiyyətinin süqutunun açarı ola bilərmi?

Bu türk torpağı Putinin hakimiyyətinin süqutunun açarı ola bilərmi?

Ukrainanın keçmiş xarici işlər naziri Volodimir Ohrızko bildirib ki, əgər Ukrayna Krımı hərbi və logistik baxımdan təcrid edə bilsə, bu hadisə Rusiyanın hakimiyyət strukturunda ciddi böhrana yol aça bilər və hətta Vladimir Putinin yaxın ətrafındakıları onu kənarlaşdırmaq və ya aradan qaldırmaq üçün hərəkətə keçməyə sövq edə bilər.

Ukrayna mediası Liga.net-ə istinadən Ohrızko Krımın Putin üçün simvolik əhəmiyyətinə işarə edərək qeyd edib ki, bu yarımada onun Rusiya daxilindəki ən mühüm siyasi nailiyyətlərindən biri hesab olunur və onu itirmək Rusiya prezidentinin nüfuzuna ağır zərbə vura bilər.

Onun sözlərinə görə, hazırda Rusiyanın virtual məkanında «Putin bizə nə lazımdır?» və «Niyə biz bu vəziyyətin xərclərini ödəməliyik?» kimi başlıqlarla videolar yayılmaqdadır və bu durum ictimai rəyin dəyişməkdə olduğunu göstərir.

Ukrainanın keçmiş xarici işlər naziri iddia edib ki, Krımın təcrid olunması halında Putinin yaxın ətrafındakılar bu fürsəti münasib görərək onu hakimiyyətdən uzaqlaşdıra və Rusiyanın yığılmış problemlərinin məsuliyyətini onun üzərinə qoya bilərlər.

Qeyd etmək lazımdır ki, Krımın əhali tərkibi 1783-cü ildə bu yarımadanın Rusiya imperiyası tərəfindən işğal edilib ilhaq olunmasından sonra tədricən dəyişib; xüsusilə 1944-cü ildə Stalinin əmri ilə Krım tatarlarının kütləvi sürgününün ardından ruslar bu ərazidə əhali çoxluğunu təşkil etməyə başlayıb.