ArazNews
Ana Səhifə / İran / İran Türkiyəyə etiraz etdi; Tehranın İsraillə müqayisəsi "təəccüblü" adlandırıldı
İran

İran Türkiyəyə etiraz etdi; Tehranın İsraillə müqayisəsi "təəccüblü" adlandırıldı

İran Türkiyəyə etiraz etdi; Tehranın İsraillə müqayisəsi

İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai, Türkiyə xarici işlər naziri Hakan Fidanın İranın və İsrailin regional siyasətlərini müqayisə edən son açıqlamalarına reaksiya verərək bu müqayisəni "təəccüblü" olaraq nitelendirdi.

Bəqai bildirib ki, Ankara hansı əsasa dayanaraq belə bir müqayisəyə gəldiyini izah etməlidir. O həmçinin Türkiyədən, onun sözlərinə görə, İsrailin bölgədəki ekspansionist siyasətlərini əsaslandırmağa xidmət edə biləcək mövqeləri təkrarlamaqdan çəkinməsini tələb edib.

Hakan Fidan daha əvvəl bildirmişdi ki, İran bölgə ölkələrindəki vəkil qüvvələrinin varlığını bir növ "preventiv təhlükəsizlik siyasəti" kimi dəyərləndirir; eynilə İsrailin də bölgənin bəzi hissələrinin işğalını təhlükəsizlik arqumentləri ilə əsaslandırması kimi.

Fidan həmçinin vurğulayıb ki, bütün bölgə ölkələrinin siyasi suverenliyini, ərazi bütövlüyünü və təhlükəsizliyini təmin edəcək yeni bir təhlükəsizlik sistemi formalaşarsa, İrandan öz bağlı qüvvələrini digər ölkələrdən çıxarması tələb oluna bilər.