ArazNews
Ana Səhifə / Dünya / Axios: Vaşinqton İsrailin Suriyaya hücumunu seçkiqabağı mülahizələrlə əlaqələndirir
Dünya

Axios: Vaşinqton İsrailin Suriyaya hücumunu seçkiqabağı mülahizələrlə əlaqələndirir

Axios: Vaşinqton İsrailin Suriyaya hücumunu seçkiqabağı mülahizələrlə əlaqələndirir

Axios veb-saytı bəzi yüksək vəzifəli Amerika məmurlarına istinadən bildirib ki, İsrailin son vaxtlar Suriyadakı Əbul-Zuhur hava bazasına endirdiyi zərbə müəyyən dərəcədə İsrailin oktyabr ayında keçiriləcək seçkiləri və Binyamin Netanyahunun daxili siyasi mülahizələri ilə bağlı ola bilər.

Hesabata görə, Amerika məmurları deyirlər ki, Əhməd əş-Şəranın hökuməti son aylar İsrailə qarşı heç bir düşmənçilik xarakterli addım atmayıb, əksinə, təhlükəsizlik razılaşmasına nail olmaq və gərginliyi azaltmaq üçün cəhdlər göstərib. Dəməşq həmçinin ABŞ və İsrailin iştirakı ilə İordaniyada birgə əlaqələndirmə mərkəzinin fəaliyyətə başlamasını tələb edib. Lakin bir Amerika məmurunun sözlərinə görə, İsrail bu mexanizmin işə salınması ilə razılaşmayıb və eyni zamanda Suriyanın cənubunda hərbi əməliyyatlarını artırıb.

Vaşinqton hazırda narahatdır ki, bu prosesin davam etməsi Suriya hökumətinin İsrailə qarşı mövqeyini çətinləşdirə bilər. Amerika məmurları Axios-a bildiriblər ki, Trampın administrasiyası Dəməşqdən özünü ələ almağı tələb edib və vurğulayıb ki, bu ixtilafların həlli İsrail seçkilərindən sonra daha asan olacaq.

Bu hesabat İsrailin Şimali-Qərbi Suriyadakı Əbul-Zuhur bazasını ən azı səkkiz zərbə ilə hədəfə alması xəbərindən sonra yayılıb. İsrail iddia edir ki, məqsəd Türkiyənin bu bazada hərbi qüvvə və texnika yerləşdirmək ehtimalının qarşısını almaq olub. Bir Türkiyə məmuru isə bu iddianı təkzib edib. ABŞ-ın xüsusi nümayəndəsi Tom Barrak da bu hücumu "lazımsız gərginlik artımı" adlandırıb.