Azərbaycan "Traxtoru" Premyer Liqanın ikinci həftəsinin ən mühüm qarşılaşmalarından birində "Sepahan"ı öz meydanında 2:0 hesabı ilə məğlub edərək bu matçın dəyərli üç xalını İsfahandan Azərbaycana gətirdi.
Azərbaycanın qırmızı geyimliləri Nəqşi-Cahan stadionunda güclü oyun nümayiş etdirdilər və bu qələbə ilə mövsümün əvvəlində ardıcıl ikinci qələbələrini qeyd etdilər. Birinci həftədə də "Peykan"ı 2:0 hesabı ilə məğlub edən "Traxtor" indi altı xalla və heç bir qol buraxmadan yoluna davam edir.
"Traxtor" milyonlarla Azərbaycan türkü tərəfdarı üçün sadəcə bir futbol komandası deyil; bu komandanın tribunaları illərdir Azərbaycanlıların siyasi tələblərinin, kimliyinin, dilinin və milli həmrəyliyinin nümayiş etdirildiyi ən mühüm meydanlardan birinə çevrilib. Bu axşam Nəqşi-Cahanda qazanılan qələbə "Traxtor" tərəfdarları arasında yenidən sevinc dalğası yaratdı.