ABŞ vitse-prezidenti Cey Di Vens açıqlayıb ki, İran İslam Respublikasının nüvə silahı əldə etməsinin qarşısını almaq ABŞ-ın Yaxın Şərqdəki mövcudluğunun əsas və başlıca hədəfidir.
Araz News-un Newsmax kanalından nəql etdiyinə görə, Vens bildirib ki, Tehran Hörmüz boğazını bağlamağa çalışsa da, ABŞ bu dəniz yolundan gündə 15 milyon barelə qədər neftin keçidini təmin edə bilib.
Trampın müavini həmçinin qeyd edib ki, Vaşinqtonun ən güclü vasitələrindən biri "Tehranı neft və qaz ticarətini boğma cəhdlərinin bədəlini ödəməyə məcbur etmək"dir.
Bu açıqlamalar ABŞ xəzinədarlıq naziri Skott Bessentin Tramp administrasiyasının İran rejiminə qarşı iqtisadi təzyiq və izolyasiyanı artırma planının təfərrüatlarını açıqladığı bir dövrdə gündəmə gəlib.