ArazNews
Ana Səhifə / Dünya / Tramp: Üçüncü dünya ölkələrinin cinayətkarlarını qəbul etmək Avropanı üçüncü dünyaya çevirir
Dünya

Tramp: Üçüncü dünya ölkələrinin cinayətkarlarını qəbul etmək Avropanı üçüncü dünyaya çevirir

Tramp: Üçüncü dünya ölkələrinin cinayətkarlarını qəbul etmək Avropanı üçüncü dünyaya çevirir

ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsindəki paylaşımında Avropa ölkələrinin miqrasiya siyasətini bir daha tənqid hədəfinə alaraq cinayətkar miqrantların qəbul edilməsinin Avropanı geniş miqyaslı böhranlarla üz-üzə qoyduğunu iddia edib.

Tramp yazıb: "Avropa indi anlayır ki, üçüncü dünya ölkələrinin cinayətkarlarını qəbul etdikdə özünüz də üçüncü dünya ölkəsinə çevrilirsiz. Bu çox sürətlə, göz qırpımında baş verir."

O, ABŞ prezident seçkilərindəki qələbəsinə işarə edərək əlavə edib: "Mən tam vaxtında seçildim."

Tramp son illərdə dəfələrlə Avropa ölkələrinin, həmçinin ABŞ-ın əvvəlki hökumətlərinin miqrasiya siyasətini tənqid edib və qanunsuz miqrasiyanın qərb ölkələrinin təhlükəsizliyi və sabitliyi üçün təhdid olduğunu iddia edib.