İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın Təsnim xəbər agentliyinin məlumatına görə, İran Mərkəzi Bankının məsul şəxsləri təsdiqləyiblər ki, bank faiz dərəcəsinin dəyişdirilməsinə dair heç bir qərar qəbul edilməyib və bu məsələ hal-hazırda yalnız tədqiqat mərhələsindədir.
Buna əsasən, virtual məkanda yayılan xəbərlərin heç bir əsası olmadığı elan edilib.