İranın baş müzakirəçisi Məhəmmədbaqir Qəlibaf cümə axşamı ABŞ-ın yüksək vəzifəli şəxslərinin İranın azad edilmiş aktivlərinin Amerika kənd təsərrüfatı məhsulları almaq üçün xərclənəcəyinə dair açıqlamalarını "yalan iddia" adlandırıb.
O, X şəbəkəsində ABŞ-lı məmurlara müraciətlə yazıb: "Bizdə biçəcəyimiz yeganə məhsul sizin illər əvvəl əkdiyiniz şeydir: onilliklər boyu davam edən etibarsızlıq!"
Donald Tramp əvvəllər İranın azad edilmiş aktivlərinin böyük hissəsini Amerika məhsulları almağa sərf edəcəyini bildirmişdi. ABŞ Xəzinədarlıq naziri Skott Bessent də çərşənbə günü bu aktivlərin yüksək faizinin "ABŞ-dan ərzaq və dərman məhsulları almaq üçün" istifadə olunacağını vurğulayıb.
İran Mərkəzi Bankının sədri Əbdünnasir Həməti isə əvvəllər bildirmişdi ki, iki ölkə arasında imzalanmış memorandumlara əsasən, ABŞ-dan kənd təsərrüfatı xammalı alınması üçün heç bir öhdəlik mövcud deyil.