ArazNews
Ana Səhifə / İran / Qrossi: İranla ABŞ arasındakı sazişin icrasında çox güclü yoxlamalara ehtiyac var
İran

Qrossi: İranla ABŞ arasındakı sazişin icrasında çox güclü yoxlamalara ehtiyac var

Qrossi: İranla ABŞ arasındakı sazişin icrasında çox güclü yoxlamalara ehtiyac var

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi Yaponiyada keçirdiyi mətbuat konfransında bildirib ki, müharibəyə son qoymaq üçün bağlanan İran-ABŞ anlaşmasının icrasında İranda «çox güclü» bir yoxlama mexanizminə ehtiyac var.

Qrossi deyib: «İran hökuməti açıq şəkildə nüvə silahı yaratmaq niyyətində olmadığını bəyan edib, lakin yaxşı niyyət təkbaşına kifayət deyil.»

O, həmçinin vurğulayıb ki, nəzarət və yoxlama mexanizmlərinin yaradılması prosesi nə qədər tez başlasa, bir o qədər yaxşı olar.

İranın nüvə silahına sahib olmasının qarşısının alınması məsələsi Tehranla Vaşinqton arasında bağlanan son anlaşmanın əsas istiqamətlərindən birini təşkil edir; İslam Respublikası isə bu sazişdə bir daha nüvə silahı əldə etməyəcəyini öhdəsinə götürüb.