Donald Tramp Ağ Evdə Minab qız məktəbinə raket hücumu ilə bağlı açıqlama verərək bildirib: «Bu, dəhşətli bir hadisə idi, lakin həmin gün hər tərəfdən havada raket var idi. Bəlkə raket bizdən idi, bəlkə də yox.»
O əlavə edib: «Hələ bu hücumun ABŞ tərəfindən həyata keçirildiyinə məni inandıracaq bir sübut görmədim və bəlkə heç vaxt bunun kimin tərəfindən edildiyi məlum olmayacaq.»
ABŞ müdafiə naziri Pit Heqset isə məsələnin ciddi şəkildə araşdırıldığını açıqlayıb və soruşturmanın nəticələrinin «müvafiq vaxtda» ictimaiyyətə təqdim ediləcəyini bildirib.
Vaşinqton indiyədək Minab qız məktəbinə hücuma görə məsuliyyəti üzərinə götürməyib; Tramp daha əvvəl də bu hücumun İranın özü tərəfindən həyata keçirilmiş ola biləcəyini ehtimal etmişdi.