Azərbaycanın tanınmış milli fəallarından və keçmiş siyasi məhbus Saleh bəy Molla Abbasinin vəfat xəbəri, milli hərəkat fəalları arasında dərin kədər və təəssüflə qarşılanıb.
Bu kədərli hadisə ilə əlaqədar Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi "X" sosial şəbəkə hesabında bir mesaj yayımlayaraq bu itkini mərhumun ailəsinə, milli hərəkat cəmiyyətinə və Azərbaycan xalqına bildirərək başsağlığı verib.
Cavadi mesajında Saleh bəy Molla Abbasinin milli hərəkatdakı rolusuna və fəaliyyətlərinə toxunaraq onu xüsusilə Qaradağ bölgəsində hərəkətin öndə gələn və təsirli şəxsiyyətlərindən biri kimi təqdim edib və vurğulayıb ki, o, ömrü boyu milli mübarizə yolunda əhd və çalışqanlıqla fəaliyyət göstərib.
Məcid Cavadi mesajının son hissəsində dərin kədərini bildirərək mərhuma Tanrıdan rəhmət, ailəsinə isə səbr, milli hərəkatımıza və millətimizə başsağlığı diləyib.