ArazNews
Ana Səhifə / Azərbaycan / Təbrizdəki Sahibəl-Əmr meydanının (Həsən Padşah meydanı) fəlakətli vəziyyəti
Azərbaycan

Təbrizdəki Sahibəl-Əmr meydanının (Həsən Padşah meydanı) fəlakətli vəziyyəti

Təbrizdəki Sahibəl-Əmr meydanının (Həsən Padşah meydanı) fəlakətli vəziyyəti

Yayımlanan məlumatlara görə, Təbrizin Sahibəl-Əmr meydanı hələ də xarabalıq vəziyyətindədir.

Ağqoyunlu hökmdarı Uzun Həsən Padşahın xatirəsi olaraq qalan Təbrizin Həsən Padşah tarixi kompleksi (Sahibəl-Əmr meydanı və ya Sahibabad) bir zamanlar dünyanın ən böyük hökumət meydanı olmuşdur; İsfahandakı Ala Qapı meydanı isə məhz bu meydandan ilham alaraq inşa edilmişdir.

Pəhləvi dövründə hazırkı Mədəni küçəsinin salınması bəhanəsiylə bu tarixi meydan ikiyə bölünmüş və onun böyük hissəsi məhv edilmişdir.

Qalan hissəsi bir neçə ildən bəri bərpa olunmaqdadır; lakin bənzərsiz kaşı işləmələrinə malik əsas bölmə binanın arxasında zibil yerinə çevrilmiş halda tərk edilmişdir. Əvvəllər bərpa məqsədilə toplanmış sırlı kaşıların hara getdiyi isə məlum deyil.

Təbriz Qalası, Şairlər Türbəsi, Rəb'-i Rəşidi kimi bir sıra tarixi komplekslərin bərpa layihələri də hələ qeyri-müəyyən vəziyyətdə qalmaqda davam edir.

Tarixi abidələrin bərpası layihələri arasında yalnız Şimal bağının Kolah Fərəngi köşkü layihəsi bu yaxınlarda istifadəyə verilmişdir.

#müstəmləkəçilik

#mədəni_soyqırım