ArazNews
Ana Səhifə / Azərbaycan / Azərbaycan Milli Hərəkatının Ağır İtkisi: Saleh bəy Molla Abbasi Dünyasını Dəyişdi
Azərbaycan

Azərbaycan Milli Hərəkatının Ağır İtkisi: Saleh bəy Molla Abbasi Dünyasını Dəyişdi

Azərbaycan Milli Hərəkatının Ağır İtkisi: Saleh bəy Molla Abbasi Dünyasını Dəyişdi

Azərbaycan Milli Hərəkatının tanınmış simalarından, uzun illər boyu milli haqlarımız uğrunda yorulmadan çalışan və bu yolda siyasi məhbusluq acısını da yaşayan Saleh bəy Molla Abbasi həyatını itirib.

Saleh bəy Molla Abbasi, ömrünün hər dönəmində Azərbaycan türklərinin milli varlığının qorunması və hüquqlarının əldə edilməsi uğrunda böyük fədakarlıqlar göstərmiş bir şəxsiyyət idi. Xüsusilə Qaradağ bölgəsində milli hərəkatın təşkilatlanmasında və oyanışında onun böyük əməyi olmuşdur. O, yalnız bir fəal deyil, eyni zamanda milli mübarizənin rəmzlərindən və əxlaq abidələrindən biri kimi tanınırdı.

Siyasi məhbusluq dönəmində də istiqamətini və iradəsini qoruyaraq milli hərəkata olan bağlılığını hər şeydən üstün tutmuşdur.